Bakıdan Rusiyanın 3 şəhərinə uçuşlar təxirə salınıb

Arxiv foto

Martın 27-də Bakıdan Rusiyanın 3 şəhərinə - Omsk, Perm və Moskva şəhərlərinə aviareyslər təxirə salınıb. Bakı hava limanından verilən məlumata görə, həmin şəhərlərdən bu gün Bakıya aviareyslər yerinə yetirilməyib. Ona görə də Bakıdan əks istiqamətlərdə uçuşlar da təxirə düşüb.

Bu şəhərlərdən Bakıya uçuşların yerinə yetirilməməsinin səbəbi məlum deyil.

AZAL-ın mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, uçuşların təxirə düşməsinin «AZAL-a aidiyyatı yoxdur».

Hər üç aviareysi Rusiya aviaşirkətləri yerinə yetirir.