«Azərbaycan jurnalistlərin vəkil və ailə üzvləri ilə görüşlərinə icazə verməlidir»

Quba,1 Mart 2012

«Azərbaycan hakimiyyəti iki televiziya jurnalistinin vəkil və ailələri ilə görüşünə dərhal icazə verməli və onları adi təcridxanaya köçürməlidir». Bu bəyanatla martın 28-də «Human Rights Watch» və «Article 19» beynəlxalq təşkilatları çıxış edib.

HAKİMİYYƏT HEÇ BİR İZAHAT VERMƏYİB

Bəyanatda deyilir ki, Qubanın «Xəyal» televiziyasının əməkdaşları olan Vüqar QonaqovZaur Quliyev martın 13-də Qubada həbs olunub, bir həftə polisdə saxlanıb, vəkillə təmin olunmayıb, ailələrinə isə onların harada olması barədə informasiya verilməyib. «Hakimiyyət Azərbaycanın və beynəlxalq qanunvericiliyə zidd olan bu şəraitə heç bir izahat da verməyib».

Hər iki jurnalist barədə iki aylıq həbs qətimkan tədbiri seçilib və onlar Bakıya köçürülüb.

«Polisin bu jurnalistlərin iki həftə ərzində ailələri ilə görüşə icazə verməməsinin, onları polisdə saxlamasının, vəkillə görüşünə şərait yaratmamasının heç bir izahı və əsaslandırması yoxdur», bunu «Human Rights Watch» təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini vəzifəsini icra edən Jane Buchanan deyib. «Qanununun aliliyinə hörmət etdiyini deyən bir ölkədə jurnalistləri yaxud başqa birini bu şəraitdə saxlamağın heç bir adı yoxdur».

HAKİMİYYƏT QANUNDAN YÜKSƏKDƏ DURUR?

Daha sonra bəyanatda vurğulanır ki, hər iki jurnalist Kürdəxanı təcridxanasında deyil, DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır. Halbuki bu müvəqqəti təcridxana 72 saata qədər saxlananlar üçündür.

«Vəkillə təmin olunma hər bir saxlanılanın fundamental haqqıdır. Ancaq Azərbaycan hakimiyyəti deyəsən özünün qanundan yüksəkdə durduğunu düşünür. Hökumət bəhanəyə son qoymalı, Qonaqov və Quliyevin haqlarını dərhal təmin etməlidir», Buchanan belə deyir.

«Azərbaycanda həbsdə olan jurnalistlərin sayının artması adamı şoka salır. Hazırda yeddi jurnalist ya məhbəsdə yaxud da istintaq təcridxanasındadır», bunu «Article 19»un icraçı direktoru Agnès Callamard deyir. «Azərbaycanın hələ də söz azadlığına dair öhdəliklərinə əməl etməyə hazır olmaması xeyli narahatlıq doğuran bir siqnaldır».

Bəyanatda vurğulanır ki, Azərbaycanda jurnalistlər tez-tez təhdidlərə və hücumlara məruz qalır, bu hücumların çoxu araşdırılmır.