Yəməndə Səudiyyə Ərəbistanının diplomatı oğurlanıb

Yəmənin Aden şəhərində silahlı qrup Səudiyyə Ərəbistanının vise-konsulu Abdullah al Khalidi oğurlayıb.

Naməlum adamlar diplomatı öz maşınına otuzduraraq naməlum istiqamətə aparıblar.

Hələlik hadisənin motivi bəlli deyil.

Bu son aylar diplomata edilmiş ikinci hücumdur.

Aden əl Qaidənin fəal olduğu Abyan əyalətilə sərhədə yerləşir.