Bahar Muradova Milli Məclisin Fəxri medalına layiq görülüb

Bahar Muradova

Milli Məclisin sədr müavini Bahar Muradova Milli Məclisin Fəxri medalı ilə təltif olunub.

Milli Məclisin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, B.Muradova bu mükafata ölkədə parlamentarizmin inkişafı və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.