İlham Əliyev Qırğızıstan prezidentini qəbul edib

Martın 30-da Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Bakıya rəsmi səfərə gəlib.
Prezidentlərin təkbətək görüş keçirilib.
AzərTAc-ın məlumatına görə, Qırğızıstan prezidenti bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmlidir.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.