Clinton Səudiyyə kralı ilə görüşüb


Martın 30-da ABŞ Dövlət katibi Hilalry Clinton Səudiyyə Ərəbistanında kral və xarici işlər naziri ilə Suriya böhranını müzakirə edib.

Bu həftənin sonunda İstanbulda 60-dan çox ölkədən nümayəndələrin iştirakı ilə Suriya müxalifətinə yardımın yolları müzakirə ediləcək. ABŞ Suriya müxalifətinin birləşəcəyinə və prezident Bashar Assadın rejiminin daha da izolə olunacağına ümid edir.

Səudiyyə Ərəbistanı rejimə qarşı döyüşən qüvvələr də daxil olmaqla hər kəsi Suriya probleminə daha ciddi yanaşmağa çağırıb.

BMT-nin məlumatına görə son bir ildə rejimin dəyişdirilməsi tələbilə keçirilən aksiyalara hökumətin silahlı müdaxiləsi nəticəsində qarşıdurmada 10 min nəfərə yaxın adam həlak olub.