Yaponiya Şimali Koreyanın raketini vura biləcəyini deyir


Yaponiyanın Müdafiə naziri Naoki Tanaka orduya ölkəni qorumaq üçün lazım gəlsə, Şimali Koreyanın raketini vurmaq əmrini verdiyini bildirir.

Şimali Koreya elan edib lki, orbitə öz peykini buraxmaq üçün aprelin ortalarında raketini atacaq. Yaponiya və onun müttəfiqləri olan Cənubi Koreya və ABŞ bunun Şimali Koreyanın nüvə başlqılı uzaq mənzilli raket sınağı ola biləcəyindən narahatdırlar.

Amma Şimali Koreya ittihamları rədd edir, bildirir ki, yalnız dinc məqsədli peykini istifadəyə verməyə çalışır.