Yəməndə gedən toqquşmalarda azı 29 nəfər ölüb

Yəmənin cənubunda hökumət qoşunlarıyla yaraqlılar arasında baş vermiş toqquşmada azı 29 adam ölüb.

Ölənlərdən 17-si əsgər, 12-si isə əl qaidəçidir.

Hərbi hava və quru qoşunları yaraqlıların ələ keçirdiyi hərbi məntəqəni atəşə tutur.

Yaraqlılar onların nəzarətində olan Cincibar şəhərinə hücum edən hökumət qoşunlarının
mövqelərinə əks hücuma keçiblər.