Həftənin fotoları: 24-30 mart

İordaniyanın paytaxtında suriyalı qaçqınlar preziudent Bashar Assadın rejimi əleyhinə etiraz aksiyası keçirirlər. (REUTERS/Ali Jarekji)

Seulda keçirilən beynəxalq konfransda xatirə şəkli çəkdirilərkən yerlərini axtaran prezidentlər (soldan-sağa) İlham Əliyev, Nursultan Nazarbayev, Barack Obama və Lee Myung-Bak. (AFP/Jewel Samad)

Əfqanıstanda əkinə hazırlaşlan kəndlilər. Bu ölkədə son 30 ilin müharibələri kənd təsərrüfatını da dağıdıb. (AFP/Johannes Eisele)

Türkiyə ərazisindəki Suriya qaçqınlarının sığındığı çadır. (AFP/Adem Altan)

Ankarada yeni təhsil qanununa görə Türkiyə millət vəkillərinin davası. (REUTERS)

Ukryananın keçmiş Baş naziri Yulia Tymoshenkonun azad edilməsini tələb edən tərəfdarları onun saxlandığı həbsxananın divarlarına tələblərini yazırlar. (AFP/Sergei Supinsky)

Kubanın keçmiş lideri Fidel Castro Havanada səfərdə olan Roma Papası XVI Benedictlə görüşür. (AFP)

Ukrayna paytaxtı Kiyevdə futbol üzər 2012-ci ilin dünya çempionatına hazırlıqlar gedən məkanda oynayan oğlan. (REUTERS/Anatolii Stepanov)l

Qazaxıstanın Janaozen şəhərində toqquşmalara görə tutulan adamlardan biri Aktauda başlayan məhkəmə zamanı. (REUTERS/Vladimir Tretyakov)

London Olimpiadasında iştirak edəcək dörd fələstinli idmançıdan biri olan Worood Maslaha atasının tarlasında məşq edir. (REUTERS/Ammar Awad)

Bosniyada səfərdə olan İspaniya Kralı Juan Carlos (sağda) tarixi körpüdən suya tullananları seyr edir. (REUTERS/Dado Ruvic)