Malidə Tuareq tayfası Timbukty şəhərini də mühasirəyə alıb

Malidə Tuareq tayfasından olan üsyançılar hökumət qoşunlarını Timbukty şəhərində mühasirəyə alıblar.

France-Presse agentliyi şəhərin ətraflarında atışma səsləri eşidildiyini xəbər verir.

Timbukty ölkənin şimalında hərbi hakimiyyətin nəzarətində olan sonuncu iri şəhərdir.

Yerli Tuareq tayfası martın 22-də hərbi xuntanın çevriliş etməsindən sonra yaranmış qeyri-müəyyən vəziyyətdən istifadə edərək şimal torpaqlarının Malidən ayrılması uğrunda hücuma keçiblər.