Gecə klubunda baş vermiş yanğında 6 yeni-yetmə ölüb

Serbiyada gecə klubunda baş vermiş yanğın zamanı 6 yeni-yetmə ölüb.

Bu barədə ölkə polisi xəbər verir.

Ynğın Novi-Sad şəhərindəki Contrasy Disco klubunda baş verib.

Yanğın vaxtı klubda 350 adam varmış.

Təlaşa düşmüş gənclər binadan çıxmaq istəyərkən basa-bas yaranıb.

Cəsədlərdən biri qapıdan metryarım aralı, küçədən tapılıb.

Ölənlər 17-18 yaş arası oğlan və qızlardır.
İstintaq gedir.