Kəlbəcər rayonunun işğalından 19 il ötür

Kəlbəcər qaçqınları, aprel 1993

Aprelin 2-si Azərbaycanın Kəlbəcər rayonunun işğalından 19 il ötür.

Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 53 mindən çox sakin Kəlbəcərdən qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və ya itkin düşüb.

Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur.

Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.