Taliban Pakistandakı hərbi məntəqələrə hücum edib

Talibançılar ötən gecə Pakistanın şimal-qərbindəki hərbi məntəqələrə hücum ediblər.

Bu nəzarət-buraxılış məntəqələri Əfqanıstan sərhəddinin yaxınlığında yerləşir.

Pakistan komandanlığı 4 əsgər və azı 15 yaraqlının öldüyünü xəbər verir.

Məlumatlara görə hücum Əfqanıstan tərəfdən edilib.

İnsidentin baş verdiyi Mohmand rayonu Taliban və Əl Qaidənin əsas dayaq nöqtələrindən
biridir.