Əfqanıstanda öldürülmüş 2 uşağın sahibi hələ də bilinmir

Əfqanıstan hakimiyyəti ölkə sakinlərini Qəzni əyalərində 2 uşağın qətlinin üstünün açılmasına kömək etməyə çağırıb.

Martın 30-da əyalətdə 12 yaşlı qızla 15 yaşlı oğlanın cəsədi aşkar edilib.

Polisin məlumatına görə onların üstünə kimyəvi turşu atılıb.

Əyalətin qubernatoru Musa Khan Akbarzada uşaqların şəxsiyyəti və qətlin motivinin bəlli olmadığını deyir.

Qətli talibançıların törətməsi və ya bunun qan davasıyla bağlı olması istisna edilmir.