Televiziyalara yenidən pul ayrılır

Milli Televiziya və Radio Şurası (MTRŞ) milli teleserialların çəkilməsi ilə bağlı telekanalların hər birinə 500 min manat vəsait ayıracaq.

Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. O deyib ki, bu məsələyə Şuranın aprelin 6-da keçiriləcək iclasında baxılacaq.

Bundan əvvəl milli serialların çəkilişi ilə bağlı 2011-ci ilin oktyabrında telekanalların hər birinə 300 min manat pul ayrılıb.

Mayın 1-dən Azərbaycanda əcnəbi serialların yayımı dayandırılacaq.