Kenan Evren məhkəmə qarşısına çıxarılır

Bu gün Ankarada Türkiyənin keçmiş prezidenti, 94 yaşlı Kenan Evren məhkəmə qarşısına çıxarılır.

Genaral Kenan Evren 12 sentyabr 1980-ci il hərbi çevrilişində ittiham olunur. O hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib. 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib. Onunla birlikdə həmin dövrün sağ qalmı generallarından, 84 yaşlı Tahsin Shahinkaya da məhkəməyə çıxarılır. Onlar konstitusiyanı zorla dəyişdirməkdə ittiham olunur.

Həmin dövrdə edam edilənlərin yaxınları, işgəncə görmüş adamlar, zərərçəkənlər məhkəmə binasının qarşısına yığışıb.