Suriya vədini yerinə yetirməlidir

Suriya hakimiyyəti hərbi əməliyyatları dayandırmaqla bağlı vədini yerinə yetirməsə, BMT Təhlükəsizlik Şurası təcili tədbirlər görəcək. Bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Susan Rice bildirib.

Beynəlxalq aləm Suriyadakı zorakılığa son qoymaq üçün Bashar Assad rejiminə aprelin 10-a qədər vaxt verib.

Aprelin 5-də BMT nümayəndələrinin Dəməşqə gəlişi gözlənilir. BMT-nin Suriyadakı nümayəndəsi Kofi Annanın planına uğun olaraq BMT-nin 250 nümayəndəsi münaqişə bölgəsində olacaq.