İcra nümayəndəsi rüşvət almaqda ittiham olunur

Bakının Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi rüşvət almaqda ittiham olunur.

Bu barədə Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aprelin 3-də Maştağa nümayəndəliyində əməliyyat keçirib:

«Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hadıyev şübhəli şəxs kimi saxlanıb və CM-nin 311.1 (rüşvət alma maddəsi) ilə cinayət işi qaldırılıb.

Əgər ittiham təsdiqlənsə, onu 4 ildən 8 ilədək həbs cəzası gözləyir».