İraqın keçmiş vitse-prezidenti Səudiyyə Ərəbistanına qaçıb

İraqın Qətərə qaçmış vitse-prezidenti Tarikh al Hashemi çərşənbə günü ordan Səudiyyə Ərəbistanına qaçıb.

Bu barədə agentliklər Hasheminin köməkçisinə istinadla xəbər verirlər.

O bunadək kürd muxtar regionunda gizlənirdi.

İraq hakimiyyəti sünni siyasətçi Hashemini bir neçə məmurun qətlinin təşkili və digər cinayətlərdə ittiham edir.

İraq hökuməti Qətərdən onun verilməsini tələb etsə də rədd cavabı alıb.
Hashemi təqib olunmasının siyasi motivli olduğunu deyir.