Qar uçqununa düşən 3 nəfərin axtarışı davam edir

Qəbələ rayonu, Vəndam kəndinin ova gedən 3 nəfər sakini qar uçqununa düşüb. Bu barədə Fövqəladə Hallar nazirliyinin internet saytında məlumat verilib
.
Məlumatda qeyd olunur ki, aprelin 4-də Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunub.

İtkin düşmüş şəxslərin axtarışları hələ də davam etdirilir.