Keçmiş Maliyyə naziri yeni hərəkat yaradır

Rusiyanın keçmiş Maliyyə naziri Aleksei Kudrin hökumətin həyata keçirdiyi siyasətə təsir edə bilmək və alternativlər yaratmaq üçün yeni komitə yaradır.

51 yaşlı keçmiş nazir 11 il çalışdığı Vladimir Putinin yanından istefa verib ayrılmışdı və yeni yaranan müxalifət hərəkatını dəstəkləyəcəyini bəyan etmişdi.

Aprelin 5-də yeni komitə haqda planlarını açıqlayan Kudrin bura ölkənin tanımış fiqurlarını cəlb etmək istədiyini bildirib.