Moldovanın parlament komissiyası bildirib ki, Ermənistana silah satışının araşdırılması üçün Baş prokurorluğa müraciət edəcək.
Komissiya həmin silah sazişi ilə bağlı hesabatını cümə axşamı çap edib.
Hesabatda deyilir ki, bu saziş Moldovanın bir neçə qanununu pozur.
Hesabat tövsiyyə edir ki, Moldovanın rəsmi şəxsləri, o cümlədən müdafiə naziri Vitalie Marinuta sazişlə bağlı sorğu-suala çəkilsin.
Məlumatlara görə, bu saziş keçən ilin yayında bağlanıb və adı çəkilıməyən 50 ton hərbi materialla bağlıdır.
Bu saziş, Moldova ilə Azərbaycan arasında diplomatik gərginliyə səbəb oldu.
Bundan sonra keçən noyabrda Moldova hökuməti bu sazişi ləğv etdi.
Ancaq cümə axşamı parlamentdə müzakirə zamanı bir sıra deputatlar hökuməti münaqişə zonalarına silah satmaqda ittiham ediblər.
Demokrat partiyasından olan Dimitru Diacov deyib ki, o bu yaxınlarda Bakıda olub və “əmin olun ki, azərbaycanlılar bunu yaddan çıxartmayıb”.
Kişinaudan gələn məlumatlara görə, Moldovanın baş naziri Vlad Filat deyib ki, azərbaycanlılar şikayət edənə qədər onun bu sazişdən xəbəri olmayıb.
Media məlumatlarına görə, müdafiə naziri Vitalie Marinuta Ermənistana silah satışı sazişinə görə öz vəzifəsini itirə bilər.