Rusiyada işgəncə verdiklərinə görə tutulan polis zabitlərinin sayı artır

Rusiyanın İstintaq Komitəsi bildirib ki, Krasnoyarskda işgəncə verdiklərinə görə bir sıra polis zabitləri məsuliyyətə cəlb olunub.

Onlar fevral ayında oğurluq hadisəsini məhbusun boynuna qoymaq üçün ona elektroşokla işgəncə veriblər.

Bundan əvvəl Moskvada 3 polis zabiti qaz maskası ilə məhbusa işgəncə verdiklərinə görə məhkəmyə verilib.
İrkutskda işgəncə ittihamı ilə bir neçə polis zabiti tutulub.