Pakistan prezidenti Hindistana 1günlük səfərə gedib

Pakistan prezidenti Asif Ali Zardari Hindistana 1 günlük səfərə gedib.

Bu son 7 ildə Pakistan rəhbərinin Hindistana ilk səfəridir.

Hər iki rəfəin nümayəndələri səfərin şəxsi xarakter daşıdığını deyirlər.

Zardari Hindistanın baş naziri Manmohan Singhlə görüşəcək, bundan sonra isə Racastan ştatındakı müsəlman məbədinə baş çəkəcək.

2008-ci ildə Hindistanın Munbay şəhərində törədilmiş terror aktlarından sonra iki ölkə arasında sülh danışıqları dayandırılıb.

Hindistan bu hücuma görə Pakistanda fəaliyyət göstərən terrorçu qurupları günahlandırır.

Mübahisəli Kəşmir əyalətinə görə indiyədək Pakistanla Hindistan arasında bir neçə dəfə müharibə olub.