Rusiya Federasiya Şurasının sədri Azərbaycana gəlib

Valentina Matviyenko

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko aprelin 8-də Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumata görə, onu beynəlxalq hava limanında Milli Məclisin sədri Oqtay Əsədov qarşılayıb.

Valentina Matviyenko 2 günlük səfər zamanı prezident İlham Əliyev, baş nazir Artur
Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Bundan sonra onun Bakı Slavyan Universitetində çıxışı olacaq, qonağa Bakı Dövlət Universitetinin fəxri doktoru adı veriləcək.