Tanınmamış Cənubi Osetiyanın yeni prezidenti Leonid Tibilov oldu

Leonid Tibilov

Tanınmamış Cənubi Osetiya Respublikasının yeni prezidenti Leonid Tibilov olub. O, DTK-nın keçmiş sədridir.

Aprelin 8-də burda prezident seçkisinin ikinci turu keçirilib. Tibilov seçicilərin 54 faizdən çoxunun səsini toplayıb. Onun rəqibi David Sanakoev 43 faizə yaxın səs toplayıb.

Leonid Tbilov elan edib ki, öz rəqibi David Sanakoevi öz komandasına dəvət edir.

«İnterfaks»a verdiyi müsahibəsində o, qeyd edib ki, Sanakoevi çoxdan tanıyır və onu peşəkar sayır. David Sanakoev insan haqları üzrə müvəkkildir.

David Sanakoev qələbəyə görə yeni prezidenti təbrik etsə də, deyib ki, hələlik bəzi müxalif qüvvələr ölkənin yeni rəhbərliyinə münasibətlərini müəyyənləşdirməyiblər.