İstilik Elektrik Stansiyasında yanğın olub

Mingəçevir İstilik Elektrik Stansiyasında yanğın baş verib. Yanğına səbəb yağ tənzimləmə turbinində yağ sızması olub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.