679 dövlət qulluqçusu tənbeh edilib

2011-ci ildə Azərbaycanda etik davranış qaydalarını pozan 679 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Bu barədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hesabatında qeyd olunur. Komissiyanın məlumatına görə, həmin intizam tənbeh tədbirlərindən 619-u mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədədir. Bunlardan 541-i töhmət, 32-i dövlət qulluğundan azad edilmə, 24-ü vəzifə maaşının azaldılması növündə olub.

Ümumilikdə hesabat dövründə komissiyaya etik davranış qaydalarının pozulması ilə bağlı 62 müraciət daxil olunub.