Yəməndə orduya hücumda azı 44 nəfər həlak olub


Yəmən rəsmiləri bildirirlər ki, Al-Qaeda yaraqlılarının ordu hissəsinə hücumu zamanı azı 44 nəfər həlak olub.

Hadisə aprelin yaraqlıların güclü olduqları Abyan əyalətində baş verib.

Şahidlər həlak olanların 24 nəfərinin yaraqlılar olduğunu bildirilər. Atışmada onlarla əsgər də həlak olub.