Gəncədə eşşək heykəlinin qulaqları qırılmayıbmış

Gəncənin Cavad Xan küçəsinə mart ayında eşşək heykəli qoyulmuşdu. Lakin 3-4 gündən sonra heykəli ordan götürdülər.

Mənzil-Kommunal Təsərrüfat Birliyindən həmin vaxt bildirdilər ki, uşaqlar heykəlin qulaqlarını qırıblar deyə, heykəli təmir etməyə aparıblar. Lakin indi Birliyin rəisi Elgün Məmmədov deyir ki, eşşək heykəlini Cavad Xan küçəsinə müştəri toplamaq üçün meyvə şirəsi satanlar gətiribmiş. Bayram günləri başa çatandan sonra heykəli aparıblar.