“Real Madrid” emblemindən xaçı çıxartdı

Real Madrid emblemi

İspaniyanın və dünyanın tanınmış futbol klubu “Real” Madrid öz emblemini dəyişmək qərarına gəlib. Artıq komandanın loqotipindəki xaç çıxarılıb.

Klub rəhbərliyi bəyan edib ki, bu addım “Real”ın Avropadakı müsəlmanlar və Yaxın Şərq ölkələrində populyarlaşması naminə atılıb.

İspaniyanın Marca nəşri yazır ki, rəhbərik əhalisinin əksəriyyəti müsəlman olan regionlarda konfliktlərdə yol verməmək üçün loqotipi dəyişdirmək qərarını verib.

“Real” Madridin emblemində 1920-ci ildən etibarən xaç salınıb. O vaxt İspaniya kralı XIII Alfons komandanı öz himayəsinə götürmüşdü.

Qeyd edək ki, bundan əvvəl digər ispan klubu öz loqosundan xaçı çıxardıb. “Barselona” bu addımı Qətərdəki sponsor fondu ilə münasibətləri korlamamaq üçün atmışdı.