Yeni hüquq informasiya portalı fəaliyyətə başlayıb.

İxtisaslaşdırılmış hüquq portalı Azərbaycan Hüquqşünasları Konfederasiyası və Avrasiya Hüquqşünaslar Assosiasiyasının birgə təşəbbüsü ilə yaradılıb.

www.femida.az adlanan hüquq informasiya portalında məhkəmə-hüquq islahatları, insan hüquqların müdafiəsi sahəsində məlumatlar yerləşdiriləcək.

Portalı İREX və Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində yaradılıb.