Alkoqola görə 80 şallaq cəzası

Əfqanıstanın Baqlan əyalətində 20 yaşlı sakin alkoqol qəbul etdiyinə görə 80 şallaq cəzasına məhkum edilib.

Hökm çərşənbə günü elə məhkəmənin qarşısında icra edilib.

Əfqanıstanda spirtli içki qadağandır və bu cinayət hesab olunur.