Venesiya Komissiyası “QHT-lər haqqında” qanuna rəy bildirəcək

Venesiya Komissiyası Azərbaycan "Qeyri-hökumət təşkilatları haqqında" qanunu ilə bağlı rəyini açıqlayacaq. Bu barədə komissiyanın rəsmi saytında məlumat verilib.

Təqdimat aprelin 19-20-də Bakıda keçiriləcək.

Venesiya Komissiyasını İslandiyadan olan üzvü Herdis Torqeirsdottir təmsil edəcək.