Sarkozy Avropa Mərkəzi Bankına daha çox səlahiyyət verilməsini istəyir

Fransa prezidenti Nicolas Sarkozy Avropa Mərkəzi Bankının rolunun artırılması haqda müzakirələrə çağırıb.

Hazırda Bankın mandatı inflyasiyanı nəzarətdə saxlamağa aiddir.

Müqayisə üçün, ABŞ-ın Federal Rezerv adlı Mərkəzi Bankı hazırda ikili vəzifə daşıyır- həm inflyasiyaya nəzarət edir, həm də iqtisadi artıma çalışır.