Avropa insan haqları məhkəməsi Rusiyadan Katın qırğını ilə bağlı sənədləri ala bilməyib

Avropa İnsan haqları məhkəməsi bildirib ki, Rusiyanın ikinci dünya müharibəsi vaxtı polyak zabitlərin güllələnməsi hadisəsini tam araşdırıb-araşdırmaması haqda qərar verə bilməz.

Məhkəmə bildirir ki, Rusiya tərəfdən əhəmiyyətli sənədləri ala bimədiyinə görə, qərar vermək iqtidarında deyil.

15 polşalı məhkəməyə müraciət etmişdi ki, Rusiya araşdırmanı tam aparmayıb.

1940-cı ildə Katın meşəsində SSRİ-nin məxfi xidmətləri 22000 polyak zabitini və ziyalısını öldürüb.