Avstraliya ordusu Əfqanıstandan erkən çıxır

Avstraliyanın baş naziri deyir ki, hərbçilərini Əfqanıstandan planlaşdırdıqlarından daha erkən çıxaracaqlar.

Baş nazir Julia Gillardın dediyinə görə, əksər avstraliyalı əsgər nəzərdə tutulduğundan əvvəl evlərinə qayıtmaq istəyirlər. Onların çoxu 2013-cü ilin sonuna qədər ailələrinə dönəcək.