Bin Laden ailəsi Pakistandan deportasiya olunacaq

Aprelin 18-də Osama bin Ladenin ailə üzvlərinin Pakistandan çıxarılacağı gözlənilir. Pakistan rəsmiləri də bunu təsdiqləyiblər.

Bin Laden ailəsi 3 arvad, 8 uşaq və 1 nəvədən ibarətdir. Onlar ABŞ xüsusi qüvvələrinin al-Qaeda liderini öldürməsindən sonra Pakistan hökuməti tərəfindən saxlanılıblar.

Ailənin Pakistana qanunsuz gəlib məskunlaşdığı üçün qısamüddətli həbsindən sonra deportasiya ilə bağlı xəbərlər gəlməkdədir. Gözlənilir ki, onlar Səudiyyə Ərəbistanına yollanacaqlar.