Tacikistan prezidenti Rusiyadan hörmət gözləyir

Tacikistan prezidenti Emomali Rahmon Rusiyanı ölkəsinə hörmət eləməyə çağırıb. Aprelin 17-də Rahmon deyib ki, Rusiya Tacikistanın yeganə strateji tərəfdaşıdır. Başqa ölkələr də burada hərbi bazalar yerləşdirmək üçün qızıl dağları vəd etsələr də, Tacikistan heç vaxt bunları nəzərdən keçirməyib. Prezident Rusiya liderlərini mediada çıxan şayiələri diqqətə almamağa və hörmət görmək istəyirlərsə, onlara da layiq olduqları hörməti göstərməyə çağırıb.