Meksikada son 6 ildə 50 min adam narkobiznesin qurbanı olub

Meksikanın şimalında ABŞ-la sərhəddəki Nuevo Laredo şəhərində 14 adamım meyiti tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar olunub. Onların narkobizneslə bağlı öldürüldüyü bildirilir.

Son 6 ildə Meksikada narkobizneslə məşğul olan qruplaşmalar arasında baş verən silahlı qarşıdurmalarda 50 mindən artıq adam həlak olub.

Hakimiyyət orqanlarının narkoticarətlə mübarizəsi əhəmiyyətli nəticə vermir.