Vaşinqtonda ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının iclası keçirilir

Aprelin 18-də Vaşinqtonda ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının 3-cü iclası keçirilir.

Toplantıda Azərbaycan tərəfini maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

ABŞ tərəfdən isə Beynəlxalq İnkişaf Agentliyi, İxrac - İdxal Bankı, Ticarət və İnkişaf agentliyi, maliyyə və energetika sahələri də daxil olmaqla dövlət agentliklıəri iştirak edirlər.

Əfqanıstana beynəlxalq dəstək məsələsi əsas müzakirə mövzularından biridir.

Məlumatı ABŞ Dövlət Departamenti yayıb.