Bir qrup iranlı deputat prezident Ahmadinejaddan şikayət edib

Bir qrup iranlı deputat parlamentin sədrinə prezident Mahmud Ahmadinejadı kəskin tənqid edən məktub təqdim ediblər.

Bu Ahmadinejadın 7 illik prezidentlik müddətində ilk belə haldır.

Ali Laricaniyə göndərilmiş məktuba 21 deputat imza atıb.

Onlar prezidenti parlamenti təhqir etməkdə, xüsusilə də məclisin razılığı olmadan ölkə konstitusiyasına düzəliş etməkdə günahlandırırlar.