İraqda törədilmiş partlayışlarda 30-a yaxın adam ölüb

Təkcə ölkənin şimalındakı Kərkuk şəhərində 2 maşının partladılması nəticəsində 4 nəfər ölüb, 24 adamsa yaralanıb.

Müşahidəçilər ABŞ ordusunun İraqdan çıxarılmasından sonra hakim kolaisiyaya daxil olan şiə və sünni fraksiyaları arasında gərginliyin artdığını deyirlər.

Eyni zamanda ölkədə şilər və polisə qarşı hücumların artdığı müşahidə olunur.