Əfqanıstan rəsmisi deyir ki, ölkəyə nəzarət yerli qüvvələrə keçməlidir

Əfqanıstanın təhlükəsizlik qüvvələri mümkün qədər tez ölkəyə nəzarəti üzərinə götürməlidir.

Belə bir bəyanatla Əfqanıstan prezidenti Hamid Karzainin rəsmi nümayəndəsi çıxış edib.

2014-cü ilin sonunadək Əfqanıstanda nəzarətin yerli qüvvələrə verilməsi nəzərdə tutulub.