ATƏT-in Bakı ofisi jurnalistləri döyənləri tapmağa çağırır

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Bakının Sulutəpə qəsəbəsində 3 jurnalistin döyülməsi faktını pisləyən bəyanatla çıxış edib.

Qurum jurnalistlərin zorakılığa məruz qalmasından narahatdır.

Bəyanatda «Ayna»-« Zerkalo» qəzetlərinin müxbiri İdrak Abbasovun jurnalistləri fərqləndirən gödəkcədə olmasına baxmayaraq, döyülməsi qətiyyətlə pislənilir.

«Ümid edirik ki, hüquq-mühafizə orqanları bu məsələni tez bir zamanda araşdıracaq və jurnalistlərə qarşı zorakı əməlləri törədən şəxslər qanun qarşısında cavab verəcək», - deyə bəyanatda qeyd olunur.