ABŞ səfiri deyir ki,Əfqanıstandakı son hücumları Hakkani qrupu törədib

Əfqanıstandakı son hücumların arxasında Pakistanın şimal-qərbində fəaliyyət göstərən Hakkani qrupu durur.

Bunu Birləşmiş Ştatların Əfqanıstandakı səfiri Ryan Crocker deyir.

Jalaluddin Hakkaninin öz sıralarına 4 minədək adam cəlb etdiyi təxmin edilir.

ABŞ Pakistan hakimiyyətini bu qrupa qarşı qəti tədbirlər görməyə çağırıb.

İslamabad artıq yerli yaraqlılara qarşı mübarizəyə başladığını deyir.