Pakistanda jurnalist öldürülüb

Pakistanın Karaçi şəhərində “Dawn” nəşriyyat qrupunun redaktorlarından biri öldürülüb.

Eyni adlı qəzetin məlumatına görə, Mortoza Rizvinin cəsədi varlı rayondakı mənzillərdən birində aşkar edilib.

Onun əli-qolu bağlı olub.

Rizvi nəşrin jurnallarından birinin redaktoru imiş.

Qətlin onun peşə fəaliyyətilə bağlı olub-olmaması hələlik bəlli deyil.