Gəncədə küçələrə müşahidə kameraları qurulur

Kameraların quraşdırılmasında məqsəd şəhərin təhlükəsizliyini təmin etməkdir. Bu barədə Gəncə Şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev məlumat verib. Bildirib ki, şəhərin 100-dən çox hissəsində bu kameralar yerləşdiriləcək.

İ.Balakişiyev deyir ki, artıq kameraların quraşdırılmasına başlanılıb və yaxın 3 ay ərzində müşahidə sistemi istifadəyə veriləcək.