Yəmən təyyarələri əl Qaidənin mövqeini bombalayıb

Yəmənin hərbi hava qüvvələri əl Qaidənin ölkənin cənubundakı mövqelərini bombalayıb.

Müdafiə nazirliyi azı 8 əl qaidəçinin öldüyünü, onlarla yaraqlının yaralandığını xəbər verir.

Reydlər cümə axşamı 32 yaraqlı və 2 əsgərin öldüyü Abyan əyalətində keçirilib.

Hazırda Abyan əyalətinin əksər hissəsi yaraqlıların nəzarətindədir.