Suriyadakı müşahidəçilər monitorinqi davam etdirirlər

Suriyadakı beynəlxalq müşahidəçilər Dera şəhəri və Dəməşqin ətraf qəsəbələri də daxil olmaqla bir sıra münaqişə rayonlarına baş çəkiblər.

Aprelin 12-dən Suriyada atəşkəs elan edilib.

Sülh Planını BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annan təklif edib.

Yerli fəallar Homs şəhərindən ordu qüvvələri və ağır texnikaların çıxarıldığını deyirlər.

Şənbə günü BMT-nin təhlükəsizlik şurasında ölkədəki beynəlxalq müşahidəçilərin sayının artırılmasıyla bağlı səsvermə gözlənilir.